8 aprel 2026. Çərşənbə

Fransız hücumçudan 3 illik müqavilə


  • Transfer
  • 13:48 27.02.2021
  • Oxunma sayı: 168
Fransız hücumçudan 3 illik müqavilə
Fransa yığmasının sabiq hücumçusu Andre Pyer Jinyak Meksikanın “Tiqres” klubu ilə müqavilə yeniləyib.
 
Corner.az xəbər verir ki, 35 yaşlı futbolçu 3 illik yeni müqaviləyə imza atıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 
 
Qeyd edək ki, Jinyak 2015-ci ildən “Tiqres”in uğurları üçün çalışır. O, bu komandanın heyətində 250 matça çıxıb, 147 qola imza atıb. Bununla da o, klub tarixinin ən çox qol vurmuş futbolçusu hesab olunur.







Transfer