- Transfer
- 23:57 07.04.2026
PSJ-nin idman direktoru Leonardo müqavilələri yayda bitən bir sıra futbolçuları öz komandasına qatmağı planlaşdırır.
Corner.az ESPN nəşrinə istinadən xəbər verir ki, “parislilər”in hədəfləri arasında Lionel Messi (“Barselona”), Memfis Depay (“Lion”), Corcinyo Veynaldum (“Liverpul”), David Alaba (“Bavariya”) və Əlsəid Xüsay (“Napoli”) var.
PSJ həmçinin “Everton”a məxsus olan hücumçu Moize Kini də birdəfəlik almaq istəyir. Leonardo ingilislərdən oyunçunun satınalma şərtini ilə icarə müddətini uzatmaq üçün yeni təklif etməyə hazırlaşır.
Eyni zamanda PSJ-nin prioriteti komandanın əsas oyunçularını qorumaq və onlarla müqavilələrin uzadılmasıdır. Bu cür oyunçuların siyahısına hücumçular Neymar və Kilian Mbappe, müdafiəçi Xuan Bernat , yarımmüdafiəçilər Anxel Di Maria və Yulian Draxler də daxildir.