- Transfer
- 23:57 07.04.2026
"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını İspaniyada davam etdirə bilər.
Corner.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Barselona" klubu 21 yaşlı futbolçunu transfer etmək istəyir.Kataloniya təmsilçisi italiyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalamaq istəyir. "İnter"in isə futbolçunu buraxmaq istəmədiyi bildirilib. Buna baxmayaraq, "Barselona" Bastoni üçün ən azı 60 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.
Qeyd edək ki, Bastoni 2017-ci ildən "İnter"də oynayır.