8 aprel 2026. Çərşənbə

Borussiya Haalandın əvəzləyicisini tapdı


  • Transfer
  • 16:24 28.02.2021
  • Oxunma sayı: 189
Borussiya Haalandın əvəzləyicisini tapdı

"Borussiya"nın hücumçusu Erlinq Haaland, Avropanın bir çox klubunun maraq dairəsində olduğu üçün yayda komandanı tərk edə bilər.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, Dortmund təmsilçisi artıq norveçli futbolçunun əvəzləyicisini axtarır. Məlumata görə, Haalandın əvəzinə "Borussiya" "Real Sosyedad"ın futbolçusu Aleksandr İsakı heyətinə qatacaq.

E.Haaland ilə Real və Çelsi yaxından maraqlanır.

Qeyd edək ki, 20 yaşlı futbolçu ötən ilin qış transferində Salzburqdan Borussiyaya keçmişdi.







Transfer