- Transfer
- 23:57 07.04.2026
"Arsenal"ın baş məşqçisi Mikel Arteta cari mövsümün sonunda "Barselona"nın sükanı arxasına keçə bilər.
Corner.az RAC1 telekanalına istinadən xəbər verir ki, klubun prezidentliyinə əsas namizədlərdən Joan Laporta Kataloniya təmsilçisini 39 yaşlı mütəxəssisə həvalə etmək istəyir.
Qeyd edək ki, hazırda La Liqa klubunu niderlandlı Ronald Kuman başçılıq edir.
Əlavə edək ki, 15 yaşından "Barselona"nın gənclər yığmasında oynamış Mikel Arteta heç vaxt əsas komandaya yüksəlməyib. 2011 - 2016-cı illərdə "Arsenal"da çıxış etmiş veteran futbolçu 2019-cu ilin dekabrından London klubunu çalışdırır.