8 aprel 2026. Çərşənbə

Bekhem Ronaldo'nu istəyir


  • Transfer
  • 09:53 02.03.2021
  • Oxunma sayı: 218
Bekhem Ronaldo'nu istəyir

 "Yuventus"un  hücumçusu Kriştiano Ronaldo karyerasını İngiltərə yığmasının keçmiş üzvü Devid Bekhemin sahib olduğu "İnter Mayami" (ABŞ) klubunda davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə “Todo Fichajes” məlumat yayıb.

 "İnter Mayami" portuqaliyalı futbolçunun Turin klubundakı gələcəyinin qeyri-müəyyənliyindən istifadə etmək niyyətindədir və futbolçuya təklif etməyə hazırdır. Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatır, tərəflərdə razılaşmanın uzadılması ilə bağlı müəyyənlik yoxdur.

Məlumata görə, Bekhem əmindir ki, 36 yaşlı Ronaldonu ABŞ-a keçməyə şəxsən razı sala biləcək. Qeyd edək ki, Lionel Messi artıq keçiddən imtina edib.

Qeyd edək ki, Ronaldo cari mövsümdə “Yuventus”da 29 matçda iştirak edərək 26 dəfə fərqlənib, habelə 3 məhsuldar ötürmə edib.







Transfer