5 may 2026. Çərşənbə axşamı

İnter'lə Pirelli'nin 26 illik işbirliyi sona çatır


  • Transfer
  • 00:36 03.03.2021
  • Oxunma sayı: 178
İnter'lə Pirelli'nin 26 illik işbirliyi sona çatır
"İnter” 26 ildir sponsoru olan “Pirelli” şirkəti ilə işbirliyinə son qoymağa qərar verib.
 
Corner.az xəbər verir ki, sözügedən şirkətin loqosu növbəti mövsümdən Milan təmsilçisinin formalarında yer almayacaq.
 
Bunu “Prielli”nin CEO-su Marko Tronchetti Provera İtaliya mətbuatına açıqlamasında bildirib. O, titul sponsorluğuna son qoyulduğunu bildirsə də, klubla münasibətlərinin davam edəcəyini vurğulayıb. “İnter” isə 2021/22 mövsümündən etibarən fərqli sponspor ilə müqavilə imzalayacaq.
 
Qeyd edək ki, “Pirelli” öz məhsulları ilə bütün dünyada məşhur olan avtomobil təkərlərinin istehsalı ilə məşğuldur. Sözügedən şirkət 1995/96 mövsümündən etibarən “İnter”in titul sponsoru idi.
 
İtaliya mətbuatının yazdığına görə, geridə qalan 26 il ərzində “Pirelli” “İnter”ə bütövlükdə 234 milyon avro ödəyib.






Transfer