5 may 2026. Çərşənbə axşamı

Bunlar şayiədir, başqa heç nə - Silva


  • Transfer
  • 10:07 03.03.2021
  • Oxunma sayı: 172
Bunlar şayiədir, başqa heç nə - Silva

“Ayntraxt” (Frankfurt) klubunun futbolçusu Andre Silva açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, adı “Mançester Yunayted” (İngiltərə) və “Atletiko” (İspaniya) ilə hallanan 25 yaşlı hücumçu haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib:

“Bunlar şayiədir, başqa heç nə. Mövsümün sonunda məni daha motivasiyalı edəcək bir şey olacaq. Oynayır, qollar vururam. Adımın transferdə hallanması yaxşı iş gördüyümə işarədir”.

Qeyd edək ki, Andre Silva ötən ilin sentyabrında “Milan”dan “Ayntraxt”a keçib. Portuqaliyalı hücumçu bu mövsüm Bundesliqada 21 oyunda 19 qol vurub.







Transfer