- Transfer
- 23:56 04.05.2026
“Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Corner.az xəbər verir ki, Münhen təmsilçisi “Ridinq”dən Omar Riçardsı transfer edəcək. Bu barədə “Sky Sports” məlumat yayıb.
Məlumatda, 23 yaşlı müdafiəçinin artıq tibbi müayinədən keçdiyi və yaxın zamanda “Bavariya” ilə müddəti 2025-ci ilə qədər olan sözləşmə imzalayacağı bildirilir. İngilis futbolçu yayda Almaniya klubuna azad agent kimi qoşulacaq.
Riçards bu mövsüm İngiltərə Çempionşipində 29 oyuna çıxıb.