7 may 2026. Cümə axşamı

Qalatasaray yeni müdafiəçi ilə razılığa gəldi


  • Transfer
  • 15:38 03.03.2021
  • Oxunma sayı: 184
Qalatasaray yeni müdafiəçi ilə razılığa gəldi

 "Qalatasaray" klubu yeni futbolçu transfer edib.

Corner.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi cari mövsümün sonunda "Göztəpə" ilə müqaviləsi başa çatacaq Alpaslan Öztürklə razılığa gəlib.

27 yaşlı müdafiəçi ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 2018-ci ildən "Göztəpə"də çıxış edən Alpaslan Öztürk 67 oyunda 11 qolla yadda qalıb.







Transfer