10 avqust 2026. Bazar ertəsi

Zirə afrikalı futbolçu transfer etdi


  • Transfer
  • 19:46 03.03.2021
  • Oxunma sayı: 175
Zirə afrikalı futbolçu transfer etdi

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turun "Sumqayıt"la səfər oyunundan (0:0) sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, bir müddətdir danışıq apardıqları 28 yaşlı vinger Luis Rodriq Bonqongi ilə anlaşma əldə olunub: "O artıq yoldadır. Bura gəldikdən sonra sifariş ediləcək. Bundan başqa da bir neçə futbolçu var ki, danışıq aparırıq".

Qeyd edək ki, "Sedan"ın yetirməsi olan kamerunlu hücumameylli yarımmüdafiəçi "Les Erbye" və "Paris" klubların da çıxış edib. O, həmçinin Xorvatiyanın "Slaven Belupo", Sloveniyanın "Tabor" və İsrailin "Hapoel" (Hadera) komandalarında şərəfini qoruyub.







Transfer