“Yuventus” klubu mövsümün əvvəlində “Şalke”dən icarəyə götürdüyü Ueston Makkeninin transfer hüquqlarını da alıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, 20 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalandığı vurğulanıb. Turin təmsilçisi Bundesliqa klubuna 18.5 milyon avro ödəyəcəyini açıqlayıb. Bonuslarla bu məbləğin daha 6.5 milyon avro artması mümkündür.
Qeyd edək ki, ABŞ yığmasının da üzvü olan Makkenni, bu mövsüm “Yuventus”da 31 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.