15 dekabr 2025. Bazar ertəsi

Haalandı istəyənlərin sayı 6 oldu


  • Transfer
  • 16:18 04.03.2021
  • Oxunma sayı: 194
Haalandı istəyənlərin sayı 6 oldu

"Borussiya Dortmund"un futbolçusu Erling Haalandın transfer olunmaq istədiyi 6 klubun adı məlum olub.

Corner.az “Bild” nəşrinə istinadən xəbər verir ki, "Çelsi" 20 yaşlı hücumçunu almaq üçün çox çalışsa da, bunun mümkün olmayacağı görülür. Norveçli oyunçu  üçün 6 namizəd var.  Haaland üçün "Yuventus", "Real", "Mançester Siti", "Liverpul", "Barselona" və "Mançester Yunayted" klubları mübarizə aparacaq.

Qeyd edək ki, Haaland ötən ilin yanvar ayında "Zalsburq"dan "Borussiya"ya transfer olunub. O, bu müddət ərzində 45 matça çıxaraq, 43 qol vurub.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində