3 iyul 2026. Cümə

Azı 40 milyon avro istəyirlər


  • Transfer
  • 09:57 05.03.2021
  • Oxunma sayı: 174
Azı 40 milyon avro istəyirlər

 “Yuventus” klubu yayda heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sassuolo”dan Manuel Lokatellini transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Sassuolo” 23 yaşlı yarımmüdafiəçi üçün azı 40 milyon avro tələb edir.

Lokatelli ilə “Yuventus”la yanaşı, “Mançester Siti” və “Atletiko” da maraqlanır. İtaliya yığmasına da dəvət alan gənc yarımmüdafiəçi 2019-cu ildə 12,5 milyon avro qarşılığında “Milan”dan “Sassuolo”ya keçmişdi.

Qeyd edək ki, Lokatelli  bu mövsüm A Seriyasında 22 oyunda 2 qol vurub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır