29 iyun 2026. Bazar ertəsi

Keşlə 2 futbolçu aldı


  • Transfer
  • 21:52 08.02.2019
  • Oxunma sayı: 578
Keşlə 2 futbolçu aldı

Keşlə heyətinə daha iki futbolçu cəlb edib.

Corner.az kubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi venesuelalı Louis Angelo Pena və ukraynalı Valeri Kutsenko ilə müqavilə imzalayıb. Venesuelalı yarımmüdafiəçi il yarımlıq müddətədək, ukraynalı yarımmüdafiəçi isə mövsümün sonunadək Keşlə'in uğurları üçün çalışacaq.

Qeyd edək ki, Premyer Liqa klubu bundan  əvvəl Vüsal İsgəndərli, Con Kamara və Emin Mehtiyevi transfer etmişdi.







Transfer