15 dekabr 2025. Bazar ertəsi

Türkiyəli futbolçu rəsmən Ayntraxt'da


  • Transfer
  • 09:56 09.03.2021
  • Oxunma sayı: 166
Türkiyəli futbolçu rəsmən Ayntraxt'da
“Bursaspor”un hücumçusu Ali Akmanın “Ayntraxt” klubuna transferi rəsmiləşib.
 
Corner.az xəbər verir ki, 18 yaşlı futbolçu Frankfurt təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Xatırladaq ki, “Ayntraxt” Ali Akmanın transferini hələ fevral ayında açıqlamışdı. Lakin futbolçu “Bursaspor”dan problemli şəkildə ayrıldığı üçün, rəsmi müqavilənin imzalanması gecikirdi. Artıq gənc futbolçunun TFF 1-ci liqa klubu ilə müqaviləsinə rəsmi qaydada xitam verilib və onun Frankfurt təmsilçisinə keçidi üçün heç bir problem qalmayıb.
 
“Bursaspor”un öz yetirməsi olan Ali Akman, daha öncə “İnegölspor”da futbolun sirlərinə yiyələnib. Türkiyənin gənclərdən ibarət yığmasının üzvü 2019-cu ildən Bursa klubunun əsas komandasında çıxış edirdi.






Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində