15 dekabr 2025. Bazar ertəsi

Hamşikin yeni klubu rəsmən açıqlandı


  • Transfer
  • 14:40 09.03.2021
  • Oxunma sayı: 147
Hamşikin yeni klubu rəsmən açıqlandı
Slovakiyalı yarımmüdafiəçisi Marek Hamşik Çinin “Dalian” klubundan ayrılıb.
 
Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonra karyerasını İsveçdə davam etdirəcək.
 
Təcrübəli futbolçu, sözügedən ölkənin “Göteborq” klubuna keçib. Bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hamşiklə müddəti avqusta qədər olan müqavilə imzalanıb.
 
Marek Hamşik peşəkar karyerasına Bratislava “Slovan”ında başlayıb. 2004-cü ildə İtaliyanın “Breşiya” klubuna transfer olunan futbolçu, 2007-2019-cu illər aralığında “Napoli”də çıxış edib. O, 2019-cu ilin fevralından Çində çıxış edirdi. Yarımmüdafiəçi Slovakiya yığmasında 126 oyuna çıxıb, 26 qola imza atıb.






Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində