8 aprel 2026. Çərşənbə

Barselona'nın yeni prezidentinin transfer hədəfləri bilindi


  • Transfer
  • 17:11 09.03.2021
  • Oxunma sayı: 257
Barselona'nın yeni prezidentinin transfer hədəfləri bilindi

 “Barselona” klubu yayda heyətini iki yeni futbolçu ilə gücləndirə bilər.

Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Bavariya”dan ayrılacaq David Alabanı və “Mançester Siti”nin hücumçusu Serxio Aqueronu heyətinə qatmaq istəyir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Məlumatda, “Barselona”nın yeni prezidenti Xuan Laportanın bu iki futbolçunun transferini reallaşdırmaq istədiyi bildirilib.

Qeyd edək ki, Alaba mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayıb. Aqueronun də “Mançester Siti” ilə müqaviləsi yaya qədərdir.







Transfer