10 avqust 2026. Bazar ertəsi

Kavani Mançester Yunayted'dən ayrılır


  • Transfer
  • 20:59 11.03.2021
  • Oxunma sayı: 250
Kavani Mançester Yunayted'dən ayrılır
"Mançester Yunayted”in futbolçusu Edinson Kavani mövsümün sonunda komandanı tərk edə bilər.
 
Corner.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçunun atası Luis Kavani açıqlama verib. O, oğlunun özünü İngiltərədə rahat hiss etmədiyini deyib:
 
“Oğlum özünü İngiltərədə rahat hiss etmir və ailəsinə yaxın olmaq istəyir. Kavani Cənubi Amerikada oynamaq niyyətindədir”.
 
Kavaninin adı Argentinanın “Boka Xuniors” klubu ilə hallanır.

Qeyd edək ki, Kavaninin “Mançester Yunayted”lə müqaviləsi yaya qədərdir. Uruqvaylı futbolçu, Premyer Liqada bu mövsüm 18 oyunda 6 qol vurub






Transfer