- Transfer
- 23:26 11.03.2025
PSJ-nin idman direktoru Leonardo "Barselona"dan Lionel Messi və "Yuventus"dan Kriştiano Ronaldonun mümkün transferinə münasibət bildirib.
Corner.az-ın məlumatına görə, braziliyalı funksioner hər iki futbolçunu diqqətlə izlədiklərini açıqlayıb.
"Hazırda Messi ilə bağlı yeni bir şey yoxdur. Ronaldoya gəldikdə, klubumuzun adının əksər xəbərlərdə hallanmasına sevinirik" deyən Leonardo bunu müsbət hal kimi dəyərləndirib: "PSJ çox arzuolunan klubdur. Bütün dahi oyunçular bizim klubla əlaqəlidirlər. Belə futbolçularla daim danışmaq imkanımız var. Amma hazırda yeni futbolçu ilə danışıqlar aparmırıq".
Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 30 iyun 2021-ci ilədək qüvvədədir. Kriştiano Ronaldonun "Yuventus"la sözləşməsi isə 2022-ci ilin yayında bitəcək.