“Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ayaks”dan Brayan Brobbini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Brobbi yayda “Leyptsiq”in düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Brobbi bu mövsüm “Ayaks”da 26 oyuna çıxıb və 13 qol vurub.