8 aprel 2026. Çərşənbə

Monako'dan MLS klubuna


  • Transfer
  • 20:48 12.03.2021
  • Oxunma sayı: 187
Monako'dan MLS klubuna
ABŞ-ın “Los Anceles Qalaksi” klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Corner.az xəbər verir ki, MLS təmsilçisi “Monako”dan Samuel Qransiri transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı cinah oyunçusu ilə müddəti 2023-cü ilin sonuna qədər olan müqavilə imzalanıb. Fransalı futbolçu yeni klubuna azad agent statusunda keçib.
 
Qeyd edək ki,  “Trua”nın yetirməsi olan Samuel 2018-ci ildən “Monako”da çıxış edirdi. O, bu komandanın heyətində cəmi 18 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə edib.






Transfer