- Transfer
- 23:57 07.04.2026
"Neftçi” Yaponiya yığmasının sabiq üzvü Keysuke Hondanı transfer etməyə yaxındı.
Corner.az xəbər verir ki, paytaxt klubunun hazırda 34 yaşlı futbolçunu gözlədiyi bir vaxtda onun digər ölkələrdən də təkliflər aldığı barədə xəbərlər yayılmağa davam edir.
Lakin maraqlıdı ki, onların arasında ən sərfəli təklifin məhz “Neftçi”dən olduğu vurğulanır. Yaponiyanın “Sakanowa” nəşrinin iddiasına görə, Azərbaycan klubu Hondaya 80 min dollar təklif edib. Özü də bu, mövsümün qalan dövrü, yəni 3 ay üçün nəzərdə tutulub.
Qeyd edək ki, Honda özü də öncəki günlərdə ölkəsinin mətbuatına açıqlamasında “Neftçi” ilə danışıqlar apardığını təsdiqləyib.