8 aprel 2026. Çərşənbə

PSJ-də yeni müqavilə


  • Transfer
  • 23:12 12.03.2021
  • Oxunma sayı: 175
PSJ-də yeni müqavilə

PSJ klubu futbolçusu Anxel Di Mariya ilə müqavilə müddətini uzadıb.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər 2022-ci ilin iyununadək yeni sözləşmə imzalayıblar. Argentinalı yarımmüdafiəçinin əvvəlki sözləşməsi bu ilin yayınadək idi. "Transfermarkt" 33 yaşlı oyunçuya 28 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Anxel Di Mariya 2015-ci ildən PSJ formasını geyinir. Bu mövsüm təcrübəli futbolçu 25 oyuna 5 qol və 12 məhsuldar ötürmə edib.







Transfer