5 may 2026. Çərşənbə axşamı

Mançester Yunayted qapıçısını satmaq istəyir


  • Transfer
  • 13:23 13.03.2021
  • Oxunma sayı: 196
Mançester Yunayted qapıçısını satmaq istəyir

"Mançester Yunayted" klubunu qapıçısı David de Xea ilə yollarını ayıra bilər.

Corner.az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 30 yaşlı qolkiper üçün gələn transfer təkliklərini nəzərdən keçirəcək.

Klub qapıçı mövqeyi də daxil olmaqla heyəti yenidən qurmağı planlaşdırır. "Mançester Yunayted" digər qapıçısı Serxio Romeronu da satmaq istəyir.

Qeyd edək ki, David de Xea 2011-ci ildə İspaniyanın "Atletiko" (Madrid) klubundan 25 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçib.







Transfer