- Transfer
- 23:59 06.05.2026
“Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda “Madrid klubu”na qayıdacağı iddia olunan Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis, 36 yaşlı hücumçu haqda çıxan iddialarla bağlı bunları deyib:
“Ronaldonun necə futbolçu olduğunu bilirsiz. Nələri bacardığını, onu necə sevdiyimizi hər kəs bilir. Ronaldo burada tarix yazdı, möhtəşəm futbolçudur. Hazırda “Yuventus”un futbolçusudur və başqa bir şey deyə bilmərəm”.
Qeyd edək ki, Ronaldo 2009-2018-ci illər aralığında “Kral klubun”da çıxış edib.