3 iyul 2026. Cümə

Onun komandada qalmasını istəyirəm - Zidan


  • Transfer
  • 19:30 13.03.2021
  • Oxunma sayı: 178
Onun komandada qalmasını istəyirəm - Zidan

"Real”ın baş məşqçisi Zinəddin Zidan komandanın kapitanı Serxio Ramosla bağlı açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis, Ramosun “Real”da qalmasını istədiyini deyib:

“Ramos xüsusi futbolçudur. Arzusu var və oynamaq istəyir. Özünü yaxşı hiss edərsə, 40 yaşına kimi oynaya bilər. Futbolçu nə vaxt istəsə, onda karyerasını bitirməyə qərar verir.

Ramosun müqaviləsinin yenilənməsi məsələsinin necə olacağını bilmirəm. Bir məşqçi olaraq onun komandada qalmasını istəyirəm”.

Qeyd edək ki, Ramosun “Real”la müqaviləsi yaya qədərdir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır