12 mart 2025. Çərşənbə

Moldova klubu azərbaycanlı futbolçunun keçidini rəsmən açıqladı


  • Transfer
  • 19:55 17.03.2021
  • Oxunma sayı: 171
Moldova klubu azərbaycanlı futbolçunun keçidini rəsmən açıqladı

Moldovanın “Dinamo-Avto” klubu azərbaycanlı futbolçu Orxan Qurbanlının keçidini rəsmən açıqlayıb.

Corner.a, xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”nun uğurları üçün çalışacaq.

Azərbaycanlı yarımmüdafiəçi müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi ötən ay onunla müqavilə imzalamışdı.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Orxan, Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər