8 aprel 2026. Çərşənbə

Milan'ın istədiyi futbolçu ilə yeni müqavilə


  • Transfer
  • 15:06 23.03.2021
  • Oxunma sayı: 164
Milan'ın istədiyi futbolçu ilə yeni müqavilə
 “Portu” klubu futbolçusu Otavio ilə yeni müqavilə imzalayıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Otavionun adı “Milan”la hallanırdı.Braziliyalı yarımmüdafiəçinin mövsümün sonunda azad agent kimi A Seriyası klubuna keçəcəyi iddia olunurdu.
 
Qeyd edək ki, Otavio 2014-cü ildən “Portu”da çıxış edir. O, Portuqaliya klubunda 177 oyuna çıxıb, 19 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
 







Transfer