- Transfer
- 23:26 11.03.2025
“Arsenal” klubu icarə əsasında komandada çıxış edən Martin Odeqardın transfer hüquqlarını almaq istəyir.
Corner.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi və komandanın baş məşqçisi Mikel Arteta 22 yaşlı yarımmüdafiəçinin çıxışından məmnundur. Bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb. “Arsenal” yayda Odeqardın transfer hüquqlarını almaq üçün “Real”la danışıqlar aparacaq.
Qeyd edək ki, bu ilin yanvarında icarə əsasında “Real”dan “Arsenal”a keçən Odeqardın müqaviləsi yaya qədərdir. Norveçli yarımmüdafiəçi Premyer Liqada 8 oyunda 1 qol vurub.