8 aprel 2026. Çərşənbə

Farfanın yeni klubu bəlli oldu


  • Transfer
  • 19:15 24.03.2021
  • Oxunma sayı: 200
Farfanın yeni klubu bəlli oldu

Peru milli komandasının futbolçusu Cefferson Farfan karyerasını ölkəsində davam etdirəcək.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu “Alyans Lima” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Farfanla müqavilə 2022-ci ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Farfan “Alyans Lima” klubunun yetirməsidir. Yarımmüdafiəçi 1998-2004-cü illər aralığında məhz bu komandada çıxış edib.

Karyerası ərzində PSV (Niderland) və “Şalke” (Almaniya) kimi klublarda çıxış edən yarımmüdafiəçinin son ünvanı Rusiya “Lokomotiv”i olub







Transfer