8 aprel 2026. Çərşənbə

Millinin sabiq üzvü Bekhemin klubunda


  • Transfer
  • 19:49 24.03.2021
  • Oxunma sayı: 214
Millinin sabiq üzvü Bekhemin klubunda

"Arsenal”ın sabiq futbolçusu Kiran Gibbs karyerasını ABŞ-da davam etdirəcək.

Corner.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “İnter Mayami” klubuna keçib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gibbslə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Müdafiəçi iyulda yeni komandasına qoşulacaq. 2017-ci ildən  “Vest Bromviç”in uğurları üçün çalışan Gibbs, “İnter Mayami”yə yayda azad agent kimi keçəcək.

İngiltərə yığmasında 10 oyuna çıxan müdafiəçi, 2007-2017-ci illər aralığında “Arsenal”da çıxış edib.

“İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.







Transfer