- Transfer
- 23:57 07.04.2026
"Real”ın futbolçusu Naço Fernandes klubla müqaviləsini yeniləmək istəyir.
Corner.az xəbər verir ki, 31 yaşlı müdafiəçi daha bir neçə il Madrid klubunda qalmaq niyyətindədir. Bu barədə AS nəşri məlumat yayıb. İspaniyalı futbolçu bu mövsüm az şans qazanmasına baxmayaraq, “Real”dan ayrılmağı düşünmür.
Təcrübəli futbolçu ilə “Liverpul”, “Yuventus” və “Roma” klubları maraqlanır.
Qeyd edək ki, Naçonun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir. Naço bu mövsüm La Liqada 15 oyuna çıxıb.