- Transfer
- 01:04 06.05.2026
“Ayntraxt” (Franfurt) klubunun futbolçusu Andre Silva daha bir klubun maraq dairəsinə düşüb.
Corner.az xəbər verir ki, “Barselona” klubu 25 yaşlı hücumçu ilə yaxından maraqlanır. Bu barədə “Bild” nəşri məlumat yayıb. Kataloniya təmsilçisi yayda “Lion”dan Memfis Depayı transfer edə bilməsə, Silva üçün danışıqlara başlayacaq.
Qeyd edək ki, Silva bu mövsüm Bundesliqada 24 oyunda 21 qol vurub