3 oktyabr 2026. Şənbə

Totti menecerliyə başladı - ilk müştərisi İnter'li oldu


  • Transfer
  • 18:26 26.03.2021
  • Oxunma sayı: 197
Totti menecerliyə başladı - ilk müştərisi İnter'li oldu

İtaliya millisinin və “Roma”nın sabiq kapitanı Françesko Totti rəsmi olaraq menecerliyə başlayıb.

Corner.az xəbər verir ki, Totti artıq agent kimi rəsmən qeydiyyatdan keçib. Bu barədə “Sky Sport İtalia” məlumat yayıb.

Tottinin ilk müştərisi “İnter”in gənc futbolçusu Simon Bonavita olub. 17 yaşlı yarımmüdafiəçi Tottinin “CT10 Managment” şirkətinin ilk müştərisi olub.

Qeyd edək ki, Totti 1992-2017-ci illərdə “Roma”nın şərəfini qoruyub







Transfer