17 dekabr 2025. Çərşənbə

Arsenal xorvat hücumçu ilə maraqlanır


  • Transfer
  • 13:02 28.03.2021
  • Oxunma sayı: 178
Arsenal xorvat hücumçu ilə maraqlanır

 “Dinamo Zaqreb”in futbolçusu Mislav Orşiç karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə “Arsenal” və “Vest Hem” klubları yaxından maraqlanır. Bu barədə “Footbal insider” portalı məlumat yayıb. Məlumatda, Premyer Liqa təmsilçilərinin xorvatiyalı futbolçunu yayda transfer etmək üçün danışıqlara başlayacağı vurğulanıb

Qeyd edək ki, bu mövsüm “Dinamo” ilə 36 oyunda 19 qol vuran Orşiçin “transfermarkt”da dəyəri 7,5 milyon avrodur. 







Transfer