- Transfer
- 22:06 30.10.2024
“Liverpul” klubunun skautları DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunun Norveç – Türkiyə matçını (0:3) stadiondan izləyiblər.
Corner.az xəbər verir ki, Mersisayd təmsilçisinin nümayəndələri İspaniyada baş tutan qarşılaşmada Türkiyə yığmasının qapıçısı Uğurcan Çakırı izləyiblər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Liverpul” növbəti mövsümdə heyətini yeni qapıçı ilə gücləndirmək istəyir və ən böyük namizədlərdən biri Trabzonspor'un qolkiperi Uğurcandır. Premyer Liqa klubu 24 yaşlı futbolçu ilə bağlı qərarını yaxın zamanda verəcəyi gözlənilir
Qeyd edək ki, Uğurcanın “transfermarkt”da dəyəri 16 milyon avrodur.