3 iyul 2026. Cümə

Azərbaycanlı futbolçu Gürcüstan klubunda


  • Transfer
  • 20:54 29.03.2021
  • Oxunma sayı: 204
Azərbaycanlı futbolçu Gürcüstan klubunda
Bir neçə gün əvvəl “Səbail”dən ayrılan yarımmüdafiəçisi Vüqar Bəybalayevin yeni klubu bəlli olub.
 
Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu Gürcüstanın “Telavi” klubuna transfer olunub.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Gürcüstan klubuna azad agent kimi cəlb olunan Bəybalayev yeni komandasında “15” nömrəli forma ilə çıxış edəcək.
 
“Telavi” Gürcüstanın yüksək liqasında mübarizə aparır. Sözügedən komanda bu mövsüm meydana çıxdığı 5 oyunda 5 xal toplaya bilib və 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır