3 iyul 2026. Cümə

Bavariya'nın sabiq futbolçusu Braziliya klubunda


  • Transfer
  • 00:10 30.03.2021
  • Oxunma sayı: 168
Bavariya'nın sabiq futbolçusu Braziliya klubunda
"Bavariya” klubunun sabiq müdafiəçisi Rafinyanın yeni klubu bəlli olub.
 
Corner.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını yenidən ölkəsində davam etdirəcək.
 
Sağ cinah müdafiəçisi “Qremio” ilə anlaşıb. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilə 2021-ci ilin sonuna qədər nəzərdə tutulub. Təcrübəli futbolçu yeni komandasında “13” nömrəli forma ilə çıxış edəcək.
 
Xatırladaq ki, Rafinya bu mövsümün əvvəlində “Flamenqo” klubundan ayrılaraq “Olimpiakos”a keçmişdi.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır