17 dekabr 2025. Çərşənbə

Dopinq cəzası alan kamerunlu qapıçıya yeni müqavilə


  • Transfer
  • 11:16 02.04.2021
  • Oxunma sayı: 165
Dopinq cəzası alan kamerunlu qapıçıya yeni müqavilə

 "Ayaks" klubu dopinqə görə bir illik cəza alan qapıçısı Andre Onanaya yeni müqavilə təklif edib.

Corner.az  "De Telegraaf"a istinadən xəbər verir ki, Amsterdam təmsilçisi 25 yaşlı qolkiperin sözləşməsini 2024-cü ilin iyulunadək uzatmaq niyyətindədir.

Kamerunlu qapıçının hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, fevralın 5-də Andre Onananın qanında qadağan olunmuş furosemid maddəsi aşkarlanıb və o, 12 aylıq diskvalifikasiya olunub.







Transfer