- Transfer
- 21:34 16.12.2025
PSJ klubu yeni müqavilə danışıqlarında razılığa gələ bilmədiyi Kilian Mbappeni yayda sata bilər.
Corner.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Paris klubu yeni sözləşmə imzalamayan 22 yaşlı hücumçunun 2022-ci ildə komandadan azad agent kimi ayrılmasını istəmir.
PSJ Mbappeni 120-150 milyon avro qarşılığında satmağa razıdır. Fransalı hücumçu üçün bundan əvvəl tələb olunan məbləğ 200 milyon avro idi.
Qeyd edək ki, Mbappenin PSJ ilə sözləşməsi 2022-ci ilin yayına qədərdir. O, bu mövsüm Liqa 1-də 25 oyunda 20 qol vurub.