10 avqust 2026. Bazar ertəsi

Tanınmış futbolçu Braziliya klubundan ayrıldı


  • Transfer
  • 19:48 03.04.2021
  • Oxunma sayı: 166
Tanınmış futbolçu Braziliya klubundan ayrıldı

 "Çelsi"nin sabiq futbolçusu Salomon Kalu "Botafoqo"dan ayrılıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar.

Yerli mətbuatın iddiasına görə, ayrılığa səbəb komandanın A Seriyasını tərk etməsi olub.

36 yaşlı hücumçu ötən mövsüm "Botafoqo"nun heyətində keçirdiyi 27 oyunda cəmi 1 qol vurub.

Qeyd edək ki, kotdivuarlı futbolçu "Çelsi"dən başqa,  "Feyenoord",  "Lill" və  "Herta" klublarının da formasını geyinib.







Transfer