- Transfer
- 23:58 01.10.2026
Braziliyalı futbolçu Neymar PSJ ilə yeni müqavilə danışıqlarını dayandırıb.
Corner.az xəbər verir ki, bu barədə Kataloniyanın “Ara” nəşri məlumat yayıb. Məlumatda, Neymarın Lionel Messi ilə birlikdə “Barselona”da oynamaq istədiyi və bu səbəbdən Paris klubundan ayrılacağı bildirilib.
Qeyd edək ki, 29 yaşlı braziliyalı hücumçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.