- Transfer
- 01:04 06.05.2026
"Rubin"in futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliyada davam etdirə bilər.
Corner.az "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumameylli yarımmüdafiəçinin agenti yaxın günlərdə Milana gedərək, şəhərin eyniadlı klubunun rəsmiləri ilə danışıqlara başlayacaq.
"Yuventus" və "Napoli" də gürcü oyunçu ilə maraqlanır. İtaliya klubları ilə yanaşı, Almaniyanın "Bavariya" və "Borussiya Dortmund" klubları da gənc futbolçunu yaxından izləyir.
Kazan təmsilçisi ilə 2024-cü ilədək müqaviləsi olan Kvaratsxeliyanın transfer qiyməti 10 milyon avro olaraq dəyərləndirilir.
O, Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Rubin"in heyətində 20 oyuna çıxıb 3 qol vurub, 8 məhsuldar ötürmə edib. Gürcüstan millisinin üzvü DÇ-2022-nin martdakı oyunlarında İspaniya və Yunanıstan yığmalarının qapısına da yol tapıb.