6 may 2026. Çərşənbə

Hakan Çalhanoğlu Yuventus'a keçə bilər


  • Transfer
  • 10:43 06.04.2021
  • Oxunma sayı: 227
Hakan Çalhanoğlu Yuventus'a keçə bilər

Mövsümün sonunda “Milan”la müqaviləsi sona çatacaq Hakan Çalhanoğlu Milan təmsilçisi ilə razılığa gələ bilməyib.

Corner.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Məlumatda, “Milan”ın 27 yaşlıyarımmüdafiəçiyə illik 4 milyon avro təklif etsə də, Hakan Çalhanoğlu bonuslar xaric 5 milyon avro istəyib.

Son illər təzminat ödənilməyən futbolçuları heyətinə qatan "Yuventus" mövsümün sonunda Türkiyə millisinin üzvünü də heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Hakan Çalhanoğlu “Milan”a 2017-ci ildə “Bayer”dən 23,3 milyon avroya transfer edilib. Türk fubolçu 30 oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə edib.







Transfer