- Transfer
- 11:52 06.05.2026
“Liverpul”un futbolçusu Corcinyo Veynaldum daha bir klubun maraq dairəsinə düşüb.
Corner.az xəbər verir ki, “İnter” klubu niderlandlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Məlumatda, “İnter”in baş məşqçisi Antonio Kontenin 30 yaşlı futbolçunun transfer edilməsini istədiyi bildirilib.
“Liverpul”la müqaviləsi mövsümün sonuna qədər olan Veynaldumla “Barselona” klubu da yaxından maraqlanır.