3 iyul 2026. Cümə

İtaliyanın daha bir klubu Kvaratsxeliya ilə maraqlanır


  • Transfer
  • 12:27 10.04.2021
  • Oxunma sayı: 204
İtaliyanın daha bir klubu Kvaratsxeliya ilə maraqlanır

 "Rubin"in futbolçusu Xviça Kvaratsxeliya daha bir İtaliya klubunun maraq dairəsinə düşüb.

Corner.az "Tuttomercatoweb" nəşrinə istinadən xəbər verir ki, "Atalanta" 20 yaşlı hücumameylli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Berqamo təmsilçisi Kvaratsxeliya üçün "Yuventus", "Milan", "İnter", "Napoli" və "Borusiya" (Dortmund) klubu ilə mübarizə aparacaq.

Qeyd edək ki, bu mövsüm "Rubin"in heyətində 21 oyun keçirmiş Xviça Kvaratsxeliya 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

O, Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır