- Transfer
- 22:06 30.10.2024
“Bavariya”nın müdafiəçisi Jerom Boatenq yay mövsümündə klubu azad agent qismində tərk edəcək.
Corner.az “Sport Bild” nəşrinə istinadən xəbər verir ki, “Barselona” və “Tottenhem” klubları yaranacaq vəziyyətdən yararlanmağı planlaşdırırlar.
Sözügedən klublar almaniyalı futbolçunu prioritet hədəflər sırasına daxil ediblər. Klubların rəhbərləri hesab edirlər ki, 32 yaşlı oyunçu maliyyə böhran şəraitində müdafiəni gücləndirmək üçün əlverişli variant ola bilər, çünki cari mövsüm bitəndən sonra onu tam pulsuz heyətlərinə qata biləcək.
Qeyd edək ki, Jerom Boatenq “Bavariya”ya “Mançester Siti”dən 2011-ci ildə keçib.