3 iyul 2026. Cümə

Linqard İnter'in hədəfində


  • Transfer
  • 10:23 14.04.2021
  • Oxunma sayı: 479
Linqard İnter'in hədəfində

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan, icarə əsasında “Vest Hem”də çıxış edən Cessi Linqard karyerasını İtaliyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə “İnter” klubu maraqlanır. Bu barədə ESPN məlumat yayıb. “İnter” yayda Linqardı transfer etmək üçün danışıqlara başlayacaq.

“Vest Hem”də sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən ingiltərəli futbolçu ilə Arsenal, PSJ və “Real” klubları da maraqlanır.

Qeyd edək ki, Linqard  “Vest Hem”lə 12 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır