3 iyul 2026. Cümə

Türkiyə klubu 20 milyon avroluq təklifi rədd etdi


  • Transfer
  • 09:50 15.04.2021
  • Oxunma sayı: 1451
Türkiyə klubu 20 milyon avroluq təklifi rədd etdi

İngiltərənin “Brayton” klubu “Trabzonspor”un futbolçusu Uğurcan Çakır üçün Türkiyə təmsilçisinə rəsmi təklif göndərib.

Corner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda, “Brayton”un 25 yaşlı qapıçı üçün “Trabzonspor”a 20 milyon avro təklifi etdiyi vurğulanıb. Qaradəniz təmsilçisi isə  bu təklifi rədd edib.

“Trabzonspor” Uğurcan üçün 30 milyon avro tələb edir. Bundan əlavə, Trabzon təmsilçisi qapıçının transferi ilə bağlı son qərarını iyunda verəcək.

Uğurcanla “Brayton”, “Liverpul”, “Tottenhem”, “Leyptsiq”, “Sevilya” və “İnter” klubu yaxından maraqlanır.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır